Menim yeddi şehidim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Menim yeddi şehidim

Baxıb hərb libasına,
Mərdi döyüşdə sına.
Ən böyük arzusuna
Sanki yetdi şəhidim.
Mənim yeddi şəhidim.

Yenə vuruş başladı,
Hərbi duruş başladı.
Gözümüzü yaşladı.
Cavan getdi şəhidim.
Mənim yeddi şəhidim.

“Tanıyırlar ər məni,
Qorxmaz igid, nər məni.”
Məğlub oldu erməni,
Nələr etdi şəhidim.
Mənim yeddi şəhidim.

Duman çökülən yerdə,
Al dan sökülən yerdə
Qanın tökülən yerdə,
Lalə bitdi, şəhidim.
Mənim yeddi şəhidim.

Gur telləri şəvədi,
Qurbanlığı dəvədi.
Sanmayın ki əbədi,
Gözdən itdi şəhidim.
Mənim yeddi şəhidim.

Səndin hamıdan dincim,
Gözdə qaldı sevincim.
Ön cərgədə birincim,
Cəsur, mərddi şəhidim.
Mənim yeddi şəhidim.

Oğul başın tacıdır,
Ağlar ana, bacıdır.
Yoxluğunuz acıdır,
Böyük dərddir, şəhidim.
Mənim yeddi şəhidim.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.12.2021 18:05:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu