Baxar sənin gözünəcə,
Sadiq olar özünəcə.
Röyaları düzünəcə
Yozdu mənim xəyallarım.
Dərə keçir, dağlar aşır,
Hər hava ona yaraşır.
Nə qırmızı, nə də yaşıl,
Bozdu mənim xəyallarım
Istilikdən ilinməyən,
Soyuqluğu bilinməyən,
Toxunuşdan silinməyən
Tozdu mənim xəyallarım.
Qonaqdır tərsanələrə,
Qınaqdır əfsanələrə.
Aman Alllah, eh, nələrə,
Dözdü mənim xəyallarım.
Soldurar otu-ələfi,
Sanki günəşin sələfi.
Neçə dolaşıq kələfi,
Çözdü mənim xəyallarım.
Bir baxışla qandıracaq,
Varlığını dandıracaq.
Ətrafını yandıracaq
Közdü mənim xəyallarım.
Göydən dərin, dağdan uca,
Ömr edər dünya durduqca.
Kim deyir ki qupquruca.
Sözdü mənim xəyallarım.
Kayıt Tarihi : 26.5.2022 08:02:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!