Dumanım, çiskinim, çənim ürəyim,
Olubdur tək mənə qənim ürəyim.
Yolunun üstündə güldən tökülən,
Mənim ürəyimdir, mənim ürəyim.
Qədrini bilərsən zaman keçdikcə,
Tapdayıb atmazsan kənara onu.
Həqiqət görünür duman keçdikcə,
Qoyma dəli külək apara onu.
Bilirsən, aparsa yetim qalarıq,
Təklikdən bağrımız çatlayar bizim.
Bir yerdə, birlikdə çətin olarıq,
Ayrılıq min yerə qatlayar bizi...
Kayıt Tarihi : 7.10.2019 15:56:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/10/07/menim-ureyim.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!