Menim tekin Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Menim tekin

Mənim təkin üşüyürmü o qız da,
Əfsanəsi gəzir dildə-ağızda.
Qışa bənzər, qar-çovğundur payızda.
Yaza qalıb bu küləyin kəsməsi.

Namərd kimi qəfil girdin meydana,
Rəqibini boyadın sən al qana.
Bu nə haldır, oxşayırsan şeytana.
Yaman tünddür gözlərinin vəsməsi.

Bürünmürük al güllərin ətrinə,
Sığınmırıq xan çinarın çətrinə.
Acı sözlər yaman dəyir xətrimə,
Dayanmayır ürəyimin əsməsi.

Ağrısa da ürək, həyata davam,
Sevdalın bilməyir yaxşılıq savab.
Salam versən verməyir ki bir cavab,
Acı hissmiş yarın səndən küsməsi.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.1.2023 11:21:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!