Menim sevdalım Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3774

ŞİİR


28

TAKİPÇİ

Menim sevdalım

Qəbrim üstə gələndə,
Hönkürtüylə ağlama.
Yoxluğumu biləndə,
Qara yaylıq bağlama.

Dolaşma küçələri,
Bivec sərgərdan kimi.
Köçübdür neçələri,
Bu dünya zindan kimi.

Bax oturbdur saya,
Arzuların gəmisi.
Yetməyəcək ki haya,
Xəyalların zəmisi.

Sevdalımın sevdası,
Daşa dirənib durub.
Qəlbində tutub yası,
Yaşa dirənib, durub.

O dünyanın əvvəli.
Bu dünyanın sonudur.
Kədərsiz yaşar dəli,
Həyat təkcə onundur.

Sevinc Arzulu
Kayıt Tarihi : 6.4.2025 16:07:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!