Müharibə dediyin,
Qan-zəhərdir yediyi.
Gəzin düzü, gədiyi
Qalıbdırmı izlərim.
Erməni faşistləri,
Barıt qoxur üstləri.
Itirdimçox dostları,
Yerə dəydi dizlərim.
Nələr gördüm, ah, nələr,
Yalandır əfsanələr.
Keçib neçə sənələr,
Özləyirəm sizləri.
Mən bir igid oğuldum,
Gülablıda döğuldum,
Göz yaşında boğuldum.
Yol gözləyən gözlərin.
Məni də salın yada.
Siz işıqlı dünyada.
Görüşərik röyada,
Unudulmaz sözlərim.
Vuruşduq əliyalın,
Torpağı geri alın.
Adıma baxça salın,
Ay mənim əzizlərim.
Kayıt Tarihi : 9.3.2019 10:17:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
TÜM YORUMLAR (1)