Adını qayaya qazıb qalacaq
Qızılı hərflə yazıb qalacaq.
Bilirəm bir zaman azıb qalacaq,
Dağlarda dumanı, çəni unudan.
Uşaqlıq sevgisi ürəyimdə iz,
Günəşin şüasın əks edər dəniz.
Bəlkə də qırx ildir görüşmürük biz,
De, indi hardasan məni unudan.
Tənha yaşamaqdan usanıb, doyub,
Fələyin didəsin hər zaman oyub.
Ağarmış telinə sarı rəng qoyub
Saçında yurd salan dəni unudan.
Nədən alışmadı közünə sənin.
Baxmadı bircə yol sözünə sənin.
Illərdir görünmür gözünə sənin.
Indi xoşbəxtdimi səni unudan.
Buludlar yamanca şəhəri udub,
Şirin su əvəzi zəhəri udub.
Düyünə çevrilən qəhəri udub,
Peşiman olmazmı yəni, unudan...
Kayıt Tarihi : 13.12.2021 10:59:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!