Meni senden kim aldı ki.

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Meni senden kim aldı ki.

Mən ki sənə vurulmuşdum əzəldən,
Sənsizlikdə seçilmirdim xəzəldən.
Əl çəkmədin, yapışdın yad gözəldən,
Məni səndən kim aldı ki görəsən.

O gözlərin gözlərimin yağıydı,
Təbəssümün gül açan yaz bağıydı.
Gözəl qızlar mənə düşmən, yağıydı
Məni səndən kim aldı ki görəsən.

Xatirələr ürəyimdə buzlayar,
Dəli könül həsrətindən quzlayar.
Ürək yaram hey qanayar, sızlayar,
Məni səndən kim aldı ki görəsən.

Gedib tutdun başqasının əlindən,
Anlamadın dünyanın dərd-sərindən.
Gec də olsa gəl fikirləş dərindən,
Məni səndən kim aldı ki görəsən.

Zaman özü yaramı da sarıyar,
Tanıyanlar təkcə səni darıyar.
Heç bilinməz kim ölə, kim qarıya
Məni səndən kim aldı ki görəsən.

Sevinc Arzulu
Kayıt Tarihi : 27.6.2018 15:23:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu