Gəlibdir bayram axşamı,
Adına yandırdım şamı.
Eşq oxum dəydi daşamı,
Qocaltdı məni həsrətin.
Hicranının yaşı çoxdur,
“Yox”sözün qəlbimə oxdur.
Ayrılığın sonu yoxdur,
Vüsala çatmır qüdrətin.
Vərəqlə qan yaddaşını,
Unutma dost-sirdaşını.
Gəl sil gözümün yaşını,
Üzü dönüb məhəbbətin.
Ürəyimi açammadım,
Qəlbinə nur saçammmadım.
Qəmdən uzaq qaçammadım,
Haqladı məni möhnətin.
Yerə düzdüm min incini,
Sən tez seçdin minincini.
Yada salsan Sevincini,
Tezcə qalxar hərarətin.
Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:54:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!