Meni atdın Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Meni atdın

Məni atdın atəşə,özün durub gülə baxdın.
Köksümdən qopub düşən soyumamış külə baxdın.
Mən bəmə adladıqca sən isə hey zilə qalxdın,
Indi də bilməyirəm nə imiş mənim günahım.

Gündüzü zülmət gecə,bülbülü sən sar eylədin,
El içrə”Leyli”deyib məni yaman xar eylədin.
Axır bir gün əğyarı çox bəxtəvər yar eylədin,
Tutacaq sənin inan yaxandan fəryadım,ahm.

Qalmışam həkimlərdə,dərdə əlac tapmayıram.
Vüsalın al düzündə ağ atımı çapmayıram.
Mən ki başqaları tək yad yarını qapmayıram,
Niyə dərd ilə,məlal ilə açılar sabahım.

O görüş yerlərini bir,on deyil,yüz gəzərdim,
O şirin günlərimdən qalıbmı bir iz,gəzərdim.
Sənə qalsa çoxdannan dəli olub düz gəzərdim,
El bilir tək Tanrıdır mənim ümidim,pənahım.

Indi sən düş çöllərə Məcnun kimi diyar-diyar,
Yox imiş gözəlçənlə aranızda əhdi-ilqar.
Varını,dövlətini əlindən aldı o “nigar”,
Sən də bir tarix oldun taxtdan düşən baxtsız şahım.

Sevinc Arzulu
Kayıt Tarihi : 20.6.2018 06:35:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu