Tərki-dünya yaşayırdım,
Tənhalığı oxşayırdım.
Sənsizlikdən üşüyürdüm,
Qucaqladı ölüm məni.
Gəzdim eli naşı kimi,
Dondum çaylaq daşı kimi.
Suları göz yaşı kimi,
Yuyacaqdır gölüm məni.
Dünya rahat gor vermədi.
Tonqalından qor vermədi.
Dağ bir qarış yer vermədi,
Qəbul etdi çölüm məni.
Kayıt Tarihi : 19.6.2018 08:05:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/19/meni-2.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!