Qaraca buludlar baş alıb,gülüm
Qüssə bəxş etməyi başarıb, gülüm.
Yenə də gözlərin yaşarıb, gülüm
Xətrinə deyilmiş tənəmi dəydi.
Neçə illər keçib,neçə an ötüb,
Sanırdım əvvəlki həyəcan ötüb.
Bütün dost-tanışdan nədən yan ötüb,
Həyatın zərbəsi sənəmi dəydi.
Fələyin işini bura bilmədim,
Həmişə çıxıldım,vura bilmədim.
Eləcə yıxıldım, dura bilmədim,
Zalımın sərt gözü mənəmi dəydi.
02.04.2019
Kayıt Tarihi : 3.4.2019 16:44:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!