Mene halal et Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Mene halal et

Xalında kədərli ilmədim sənin,
Bircə yol göz yaşın silmədim sənin.
Vaxtında qədrini bilmədim sənin,
Çəkdiyin əzabı mənə halal et.

Alaca gözünü nəm eyləmişəm,
Sevinci, fərəhi kəm eyləmişəm,
Şadlığı həmişə qəm eyləmişəm,
Acı iztirabı mənə halal et.

Hanı o gül-çiçək qoxuyan dağlar,
Arzu-kam çələngin toxuyan çağıar.
Dərdli həyatını oxuyan ağlar,
O qara kitabı mənə halal et.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 10:24:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu