Kim deyir eşq yolu dümdüz,
Bu yol boyu qızılgül düz.
Axtarıram gecə-gündüz,
Arayıram mən yarımı.
Məhəbbət ən uca taxtdır,
Taleyimə düşən baxtdır.
Görəmmirəm neçə vaxtdır,
Gizlədibdir çən yarımı.
Ürəyində silinmişəm,
Düzünmüşəm,çölünmüşəm.
Mən ikiyə bölünmüşəm
Itirmişəm tən yarımı.
Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:53:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!