Men Solmazam Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Men Solmazam

Bir xanımam məğrur, mətin
Əsiriyəm məhəbbətin.
Həyat mənə deyil çətin
Dünyanı gəzib gəlmişəm.

Dünyamızı almasın qəm,
Alagözlər olmasın nəm.
Ayağımın altında qəm,
Kədəri əzib gəlmişəm.

Çıxaq Kürün qırağına,
Isinək gün çırağına.
Eh, şerin də sorağına,
Nəsrdən bezib gəlmişəm.

Cavanam,, azdır sinnim də,
Nəvələr iman-dinim də.
Cəfərin “Od gəlini”ndə,
Adımı sezib gəlmişəm.

Gənc nənəyəm, adım Solmaz,
Tayım-bərabərim olmaz.
Üzüyümün qaşı almaz,
Xalları düzüb gəlmişəm,
Gözümü süzüb gəlmişəm.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2018 16:19:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu