Men sensiz Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Men sensiz

Sözümdə saf,düzgünəm,
Alagözü süzgünəm.
Qəm-kədərdən üzgünəm,
Yaşamıram mən sənsiz.

Donmuş gölə bənzərəm,
Sönmüş külə bənzərəm.
Solmuş gülə bənzərəm,
Yaşamıram mən sənsiz.

Çətin görüşək bir gün,
Gözümdə həsrət mürgün.
Bu dünya mənə sürgün,
Yaşamıram mən sənsiz.

Yox dərdimin əlacı,
Itib könlümün tacı.
Qəlbimdə ağrı-acı,
Yaşamıram mən sənsiz.

Dörd dövrəmdə yağılar,
Dünyam qəmdən qağılar.
Dilimdə şeir-ağılar,
Yaşamıram mən sənsiz.

Sevinc Arzulu
Kayıt Tarihi : 14.6.2018 10:14:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu