Men sene Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3774

ŞİİR


28

TAKİPÇİ

Men sene

Kimsə kimdir, bilinib,
Ayrılıqlar silinib.
Hamı iki bölünüb,
Mən sənə vurulmuşam.

Gözüm sənə zillənib,
Baxışında illənib.
Xarın çayı lillənib,
Mən sənə durulmuşam.

Sənsiz keçməz həyatım,
Çağırılmaz bayatım.
Gəzmə zəngli saatı,
Mən sənə qurulmuşam.

Su yolu, dəniz yolu,
Yuyubdur təmiz yolu.
Azıb qaldım düz yolu,
Mən sənə burulmuşam.

Yandırma qəm şamını,
Doldurma dərd camını.
Rahat etdim hamını,
Mən sənə yorulmuşam.

Sevinc Arzulu
Kayıt Tarihi : 22.12.2025 15:30:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!