Qərib idim, mən qərib də qaımışam,
Qərib-qərib min xəyala dalmışam.
Qəribliyə aparan bir yolmuşam,
Duman qərib, çiskin qərib,çən qərib.
O qəribdir, sən qəribsən, mən qərib.
Qəriblikdə ürəyim də, özüm də,
Qəriblikdə söhbətim də, sözüm də.
Qəriblikdə alışmayır közüm də,
Vətənində qəribə dönən qərib.
O qəribdir, sən qəribsən, mən qərib.
Mən görmədim heç qəribin şadını,
Çox hiss etdim qəribliyin dadını.
Qərib tək daşıdım qərib adını,
Qəriblikdə ulduz tək sönən qərib.
O qəribdir, sən qəribsən, mən qərib.
Yoxlamayın səbirini qəribin,
Nərddə düşən sə-birini qəribin.
Dayaz qazın qəbirini qəribin,
Qəriblikdən qəbirə enən qərib.
O qəribdir, sən qəribsən, mən qərib.
Qərib olmaq yaman yıxar Sevinci,
Tək qəriblər başa çıxar Sevinci,
Qəriblikdə həsrət sıxar Sevinci,
Qəriblərin içində mən ən qərib.
O qəribdir, sən qəribsən, mən qərib.
Kayıt Tarihi : 30.6.2018 17:47:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/30/men-qerib.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!