Vüsal gülünü böyüt tək,
Sözümü eşit öyüd tək.
Tək-tənha bitmiş söyüd tək,
Həsrətdən saçını yolanım.
Qoy başına mən dolanım.
Nə başqa bir görüşə get,
Nə də özgə vüsala yet.
Varlığımı sən qəbul et,
Neynəyim,budur olanım.
Qoy başına mən dolanım.
Baxışında şimşək çaxan,
Göz yaşları sel tək axan.
Uzaqdan həsrətlə baxan,
Qüssədən gözü dolanım.
Qoy başına mən dolanım.
Yandıraram közünü mən,
Unutmaram sözünü mən.
Sənin qara gözünü mən,
Darıxanda min yol anım.
Qoy başına mən dolanım.
Sevincəm, çən tülüm kimi,
Suya enər külüm kimi.
Çiçəyim tək,gülüm kimi,
Vaxtsız,vədəsiz solanım.
Qoy başına mən dolanım.
Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2018 07:09:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!