Doqquz aydır yol gəlirəm,
Üzərək sağ-sol gəlirəm.
Arzuları bol gəlirəm,
Sarışın, ağbənizəm,
Mən-Dənizəm.
Nuranənin nübarıyam,
Fəridin də ilk barıyam.
Saçları qızıl sarıyam,
Bələk libası təmizəm,
Mən -Dənizəm.
Yastığımdır bənövşə,
Kipriklərim sıx meşə.
Bənzəyirəm günəşə,
Ən gözəl bəndənizəm,
Mən- Dənizəm.
Mən anamın ilk barıyam,
Mən atamın nübarıyam.
Saçları qızıl sarıyam,
Bələk libası təmizəm,
Mən -Dənizəm.
Kayıt Tarihi : 29.4.2018 16:22:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!