Ürəyinə alov düşər,
Könlün eşqə girov düşər.
Saçlarına qırov düşər,
Sənsə onu dən bilərsən.
Qar yağar, izin tutular,
Qəm gələr, üzün tutular.
Ağlasan, gözün tutular,
Tül pərdəni çən bilərsən.
Məhəbbəti əzəl görsən,
Sözü şeir-qəzəl görsən,
Harada bir gözəl görsən,
O gözəli mən bilərsən.
12.12.2017
Kayıt Tarihi : 30.4.2018 07:36:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/04/30/men-bilersen.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!