İLHAM MƏLƏYİM
Kəlamları çələng edim,
Musiqiyə ahəng edim.
Telini rəngbərəng edim,
Saçına gül ələyim gəl.
Mənə sevinmək yaraşır,
Gülüşüm dağları aşır.
Duyğularım dolub-daşır,
Hanı bəyaz lələyim, gəl.
Çiçək bitməz şoranlıqda,
Kölgə itməz toranlıqda.
Nə görmüsən qaranlıqda,
Bəyaz nura bələyim gəl.
Qulağı səsdəyəm -dedim,
Avazı pəsdəyəm- dedim.
Yalandan “Xəstəyəm”- dedim,
Budur mənim kələyim, gəl.
Əzəldən acıya yaddım,
Sözün şirinliyin daddım.
Uzaq durma bircə addım,
Mənim ilham mələyim gəl.
Kayıt Tarihi : 26.5.2022 08:11:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!