Melekxanım Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Melekxanım


Bir quşa dönürəm gələndə səsin,
Oxu bülbülünə gülün nəğməsin.
Sənin zəngulənə dözməz nəfəsi,
Bilmirsən nə hiylə,nə kələk, xanım.
Mələkxanım.

Nədən belə sənin sədan az gələr,
Nəğmə desən payız gedər, yaz gələr.
Yenə qulağıma xoş avaz gələr,
Bir gün konsertinə biz gələk, xanım.
Mələkxanım.

Doğma diyarındır Şirvan, Şamaxı,
Gilə-gilə bax, əriyir şam axı.
Nəğmən ilə şair olmuşam axı,
Qan tək qırmızıdır ağ lələk, xanım.
Mələkxanım.

Sən Baba dağının zərif qarısan,
Şirvanımın sevinci, vüqarısan.
Məhəbbətin əhdisən,ilqarısan,
Pozmasın yazını o fələk, xanım.
Mələkxanım.

Şirvanımın alagöz gözəlisən,
Məhəbbətin təməli, özəlisən.
Sən Sevincin şerisən,qəzəlisən.
Sanki göydən enmiş bir mələk, xanım.
Mələkxanım.

Sevinc Arzulu
Kayıt Tarihi : 9.12.2023 08:37:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!