Həsrətin olubdur ən yaxın sirdaş,
Sədası gözümdə parlayan daş-qaş,
Duyğular əlində qalmışam çaş-baş,
Hissim cövlan edir hey külək kimi.
Daima döyüşüb yaxşı yamanla,
Insan necə yaşar ahu-amanla.
Görüşə gəlmişəm ötən zamanla,
Dərdini çəkirsən, ey ürək, kimin.
Deyirdim kimsəyə vermərəm səni,
Adını ağ güllə hörmərəm sənin.
Aşkarda bir daha görmərəm səni,
Nə olar, yuxuma gəl mələk kimi.
05.08.2014
Sevinc Arzulu
Kayıt Tarihi : 9.6.2018 17:56:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/09/melek-kimi.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!