Melahet Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Melahet

Hər parlayan dövləti-var deyilmiş,
Hər bəyazlıq təmiz ağ qar deyilmiş.
Dünya ona vəfalı yar deyilmiş,
Ölümün vəslinə yetdi Məlahət.

Fələyin üzünün maskasın soyub,
Qapqara qəlbinin fe`linə uyub.
Zülmətdən,zillətdən,əzabdan doyub,
Başını götürüb getdi Məlahət.

Kim söyləyib ölümsüzlük nağlını,
Kim açar ki haqdan gələn bağlını.
Tənha qoyub qoşa çinar oğlunu,
Hamını pərişan etdi Məlahət.

Yolunun üstünə ağ çiçək düzüb,
Xatirə dəftərin gözucu süzüb.
Dünyanın dərdindən,qəmindən bezib,
Uzaqlaşıb gözdən itdi,Məlahət.

Dost-tanış ağlayır bax,anan kimi,
Pərvanə odlara hey yanan kimi.
Sonu yazılmayan bir roman kimi,
Beləcə yarımçıq bitdi Məlahət.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.9.2018 08:10:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu