Əynindəki libasın,
Köhnəmi ya yenimi?
Tutma daha yasımı,
Kimsə verməz yerimi.
Danışa bilməz kimsə
Mənimtək iti-iti.
Göz yaşın silməz kimsə,
Qəmi-kədəri itir.
Itir.Bir də görməsin,
Ayrılıq ağlar səni.
Dövrəndə tor hörməsin,
Yoxsa ki bağlar səni.
Bağlanar dörd tərəfin,
Tordan çıxa bilməzsən.
Tapdanar irz-şərəfin,
Xarı yıxa bilməzsən.
Xatirələr canlanar,
Al-əlvan gözəl donda.
Ümidlərin danlanar,
Məğlub olarsan sonda...
Kayıt Tarihi : 27.11.2019 07:27:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!