Mavi yuxu Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Mavi yuxu

Yuxu gördüm bu gecə,
Səma tək mavi yuxu.
Xoşbəxt idim, ah, necə,
Dünyamda mavu qoxu.

Hər tərəf masmaviydi,
Ürəyimi açırdı.
Nağıltək, səmaviydi,
Qəm-qüssə yan qaçırdı.

Bol fərəh paylayırdı,
Dünyamıza bu yuxu.
Şənliyə haylayırdım,
Sağdı dostların çoxu.

Birlikdə rəqs eylədik,
Uşaqkən olduğu tək.
Şeir, nəğmə söylədik,
Sevincdən uçdu ürək.

Bizi qoynuna aldı,
Suyu mavi dənizim.
Vüsal nəğməsi çaldı,
Mehribanım, əzizim.

Əsrarəngiz yuxunun,
Ladı dodağımdadır.
O masmavi qoxunun,
Dadı damağımdadır.

Görməmişdim öncələr,
Bunca mavi sis, duman.
Mənə mavi gecələr,
Diləyin siz hər zaman.
31.12.2020.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.1.2021 16:23:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu