Nə hərb, nə dava ola,
Tərtəmiz hava ola.
Hər tərəf səma olar,
Mavi göz yaşlarıyla.
Həsrətin güllələnir,
Hicranın şillələnir.
Fəxr edib qürrələnir,
Dəniz öz daşlarıyla.
Qəm torpağı quraqdır,
Fərəh sərin bulaqdır.
Şeir daha parlaqdır,
Inci söz qaşlarıyla.
30.04.2018
Kayıt Tarihi : 2.5.2018 08:48:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!