Mavi buludlar Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Mavi buludlar

Göy üzü dalğalanır,
Mavi-mavi buludla.
Eşqimiz lovğalanır,
Bir azacıq ümidlə.

Ayrılıq bir bəladır,
Vüsal ilə görüşə.
Yer eşqə mübtəladır,
Göylər hazır döyüşə.

Ildırımlar çaxacaq,
Şimşəklər oynayacaq.
Sellər-sular axacaq,
Yer üzü doymayacaq.

Məhəbbət əfsanəsi.
Dillərdə dolaşacaq.
Min könül təranəsi,
Yallı tək qollaşacaq.

Hücum edər dalğalar,
Sahilə axşam çağı.
Ayrılğı yırğalar,
Dərd olar solu-sağı.

Biz də belə böyüdük,
Zaman-zaman, a dostum.
Sevməzdik ki öyüdü.
Aman-aman, a dostum

Indi məğlub olmuşuq,
Quru yox kəlməsinə.
Qəhərlənib dolmuşuq,
Hicranın gəlməsinə.

Bilirəm,ömrüm boyu,
Sevdan qəlbimdən getməz.
Həsrətlə hicrin toyu,
Olsa da sona yetməz.

Bu kədərli dünyanın.
Şahı özüm olacam.
Qəm qədərli dünyanın.
Ahı özüm olacam.

Sevinc Arzulu
Kayıt Tarihi : 9.10.2018 15:06:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu