Mavi bulud Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Mavi bulud

Ağacların yarpaqları saralıb
Kölgəsi də azca düşür cığıra.
Ürəyində yerimi,eh, xar alıb
Gül-çiçəyi göz yaşıyla yığıram.

Sən getdiyin yollar indi bağlanıb,
N ə gələn var, nə də gedən.Bilirsən.
Cığırların yaşıl qəlbi dağlanıb,
Sənsiz ruhsuz qalıb bədən.Bilirsən.

Sən gedəli ala gözlər qapalı,
Bir kimsəni islatmayır yağışım.
Duyuram ki zirvələri qar alı,
Qış düşməmiş mən də gedim yığışım.

Nə vaxtacan baxacağam zirvəyə,
Həsəd dolu nisgilli bir ümidlə.
Bir də baxıb görərlər ki göydəyəm,
Dost olmuşam masmavi bulud ilə.

Söhbətləşib qayıdaram geriyə,
Ürəyimi boşaldaram buluda.
Hər görəndə üstüməcə yeriyər,
Mavi bulud çətin məni unuda...

Sevinc Arzulu
Kayıt Tarihi : 25.5.2023 07:09:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.
  • Hüsamettin Sungur
    Hüsamettin Sungur

    Dilinize sağlık
    beğeni ile okudum

    Cevap Yaz
  • Hüseyin Pelit
    Hüseyin Pelit

    Yüreğinize sağlık tebriklerimle

    Cevap Yaz

TÜM YORUMLAR (2)