Dalğaları əyir məni,
Göy suları deyir məni.
Ləpələri geyir məni,
Dənizin qırağındayam.
Sənsiz keçməz bir dəqiqəm,
Tək sənə dostam, rəfiqəm.
Üzümü tutdum üfüqə,
Xatirə sorağındayam.
Tərk edib daha naz məni,
Görməzsiz kefi saz məni.
Bəxtim,yenidən yaz məni,
Bəmbəyaz varağındayam.
Nədən məni həmdəm sanmır,
Hərdən atəşimə yanmır.
Dostum deyən məni anmır,
Mən onun marağındayam.
Solduracaq kinsə məni,
Ağladacaq simsə məni,
Söndürəməz kimsə məni,
Tanrının çırağındayam.
Kayıt Tarihi : 5.8.2021 06:45:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2021/08/05/maragindayam.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!