Mən qəribə adamam.
Bir üzüm gülən zaman,
bir yanım ağlayırda,
Dərdlərim alov olur,
sinəmi dağlayırda.
Mən qəribə adamam.
Bahar günü saçlarına qar yağan
Günəş battığı zaman,
qaranlığından doğan
Qəlbi incimiş kimi,
ümidərini boğan
O qəribə adamam..
Mən qəribə adamam.
Özümdə anlamıram,
uçub getmiş sevincdi
Yox, onu danlamıram.
Danlayıram özümü,
axı niyə qəm dolu
bir ürəklə yaşadım?
Anlayıram sözümü,
gün üzü görmədim ki,
xoşbəxtliyi yaşadım?
Mən qəribə adamam.
Şairdə deyiləm heç,
adidə deyiləm heç.
Düşüncələrdə batan,
bir qoca dənizçiyəm
Qırıq kürəklə yatan,
üzü solmuş neftçiyəm.
Gözlərimə qaranlıq
çökür, sabahlayıram.
Geriyə dönsəm anlıq,
yuvasından ümidlər
köçür, sayıqlayıram..
Mən qəribə adamam.
Xəzan vurub, ayrılıb,
budağımdan qopmuşam.
Öz əlimlə qurduğum,
evimi uçurmuşam.
Bax, qəribə adamam.
Özümdə anlamıram,
uçub getmiş sevincdi
Yox, onu danlamıram
Mən qəribə adamam..
Nail Zeyniyev
Kayıt Tarihi : 3.1.2025 01:01:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!