Dalğaların hücumuna məruz qalan sahil kimi.
Bilənlərin acığına yanlış çalan cahil kimi.
Yer üzünə tək-tək gələn alim kimi, dahi kimi,
Lovğalanma.
Danışıb da dindirmirəm.nədən məni səsləyirsən,
Yaxşı nə var,görməyirsən, bəyənmirsən, pisləyirsən.
Sursatım yox, silahım yox.Müharibə istəyirsən?
Qovğalanma.
Olma haram yeyənlərə bol azuqə,ruzi kimi,
Ol halalçun yetəmməyən, çatammayan, arzu kimi.
Ax məcrasını buzlaqlardan götürəcək bol su kimi,
Qorğalanma.
Kayıt Tarihi : 7.3.2021 15:09:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2021/03/07/lovgalanma.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!