Loğmanısan sen Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Loğmanısan sen

Ağrıyır ürəyim,dərdi var yenə,
Həmişə qəm-möhnət gətirdin mənə.
Baxma telimdəki bəmbəyaz dənə,
Gəl ki ürəyimin fərmanısan sən.

Gah bikef oluram,dəmli oluram,
Sevincli oluram,qəmli oluram.
Hərdən də gözləri nəmli oluram,
Sağalmaz dərdimin dərmanısan sən.

Durub yollarını kəsir ürəyim,
Düşüb gözlərinə əsir ürəyim.
Niyə belə quş tək əsir ürəyim,
Sevincin qəlbinin loğmanısan sən.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:20:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu