Dara düşsən məni çağır,
Bu ayrılıq yaman ağır.
Fikirlərim sakit, fağır,
Astaca ötür beynimdən.
Dar günümdə bir saman ver,
Düşünməyə bir zaman ver.
Nə olar ki bir aman ver,
Yükünü götür eynimdən.
Əyninə geymisən əba,
Tanımır səni el-oba?
Nəyə lazım bu zər-ziba,
Llibası itir əynimdən,
29.04.2019
Kayıt Tarihi : 30.4.2019 14:57:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!