Illər yaman uçur, sözə baxmayır,
Yaşım əllinin üstün haqlayıb.
Əlimi qaldırdım, maşın saxlayım
Gördüm ki bəzəkli gəlin oturub.
Gün çıxıb, zülməti xeyr eyləyibən,
Hərdənbir gecəyə meyl eyləyibən.
Gələni-gedəni seyr eyləyibən.
Eyvanda sevgili dəlin oturub.
Kölgəmiz qoşasa demək bu bizik,
Sonsuz kainata köç edən izik.
Bizim həyatımız ziqiymət üzük,
Qaşında mənim tək ləlin oturub.
Kayıt Tarihi : 21.10.2019 06:48:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!