Layiq olmuşam Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Layiq olmuşam

Üzdükcə üz dənizində,
Sahili süz dənizində.
Tanrının söz dənizində,
Yelkənsiz qayıq olmuşam.

Bağımda şah göyüş olar,
Şeirimdə söyüş olar.
Bu sonuncu döyüş olar,
Postumda sayıq olmuşam.

Şeirimi həriflə, keç,
Yaxşısını ələyib seç.
Sevməyirəm tənqidi heç,
Tərifə ayıq olmuşam.

Günortadır, gecə deyil,
Bilməm fikri necə deyim.
Nə deyirsiz vecə deyil,
Gözləri qıyıq olmuşam.

Söz mülkündə“öz payım” var,
Müasirəm, vayfayım var.
Mənim güclü daydayım var,
Bu ada layiq olmuşam.

Sevinc Arzulu
Kayıt Tarihi : 14.7.2023 10:25:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!