Neçə vaxtdır ağlamamışdım belə,
Məni necə məndən aldı muğamat.
Dəli Kür tək çağlamamışdım belə,
Məni nə hallara saldı muğamat.
Ilahidən gələn nidaya bənzər,
“Əlvida” söyləyər,vidaya bənzər.
Mən dəniz. O isə adaya bənzər,
Dalğayla təkbətək qaldı muğamat.
Bizi gözləməyir, hey çapır zaman,
Başıma gəlibdir qəlbimə daman.
Mənim də bəxtimə bir bax, a şaman,
Yaxşı gələn qismət,faldı muğamat.
Ürəyimdə xatirələr oyadır,
Aləmi günəştək nura boyadır.
Sanki məğrur, mətin, uca qayadır.
Səmayla danışan laldı, muğamat.
Yoxdur tayı nə iranda, yəməndə,
Sehri ilə məni saldı kəməndə.
Qəmimlə dost olub şehli çəməndə,
Lalənin üzündə xaldı muğamat.
Kayıt Tarihi : 9.12.2023 08:16:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!