Laldı, güllerim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Laldı, güllerim


De, nədən soyudu isti nəfəsin,
Sevərək sevilmək oldumu bəsin?
Hələ qulağımda təyyarə səsi,
Sən getdin,əlimdə qaldı güllərim.

Dan yeri astaca,deyən, sökülür,
Gecənin qaməti, qəddi bükülür.
Gizlicə ağlayır, gizlicə gülür,
Danışa bilməyir, laldı güllərim.

Dalğalar boynuma çatıb, əbədi,
Yallısı oynuma çatıb əbədi.
Hicranın qoynuna atıb əbədi,
Həsrətin əlindən aldı güllərim.

Sevinc Arzulu
Kayıt Tarihi : 18.3.2020 12:47:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu