Yol üstündə boynun burub,
Qalan aşiq, qalan aşiq.
Qəm əlindən məni durub,
Alan aşiq, alan aşiq.
Dəymədüşər, cığalmısan,
Saçlarıma sığalmısan,
Sən də mənim tək qalmısan,
Nalan aşiq, nalan aşiq.
Bahar don geyməz xəzəldən,
Zövq alaq şerdən, qəzəldən,
Bu dünya özü əzəldən,
Yalan aşiq, yalan aşiq.
Yar çətin yarsız keçinə,
Qoşula yarın köçünə,
Düşüb saf eşqin içinə,
Talan aşiq, talan aşiq.
Sevinc qəmdən qaçmayacaq,
Aləmə nur saçmayacaq,
Solub daha, açmayacaq,
Lalan aşiq, lalan aşiq.
Kayıt Tarihi : 30.6.2018 13:11:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!