Yaşıl mamırdır üzəri,
Nə tayı var, nə bənzəri.
Sahilində göy Xəzərin,
Sıralanıb lal qayalar.
Tərpətməyin siz, amandır,
Oturuşub nə zamandır.
Sirr saxlayan bir şamandır,
Yaranışdan lal qayalar.
Şeirlikdir, qəzəllikdir,
Çox nadir bir özəllikdir.
Bir bənzərsiz gözəllikdir,
Yer üzünə xal qayalar.
Kayıt Tarihi : 30.6.2018 13:06:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!