Heç olmasın bu dünyada boş ürək.
Keçsin günün şadlıq ilə, xoş ürək.
Mərhəmətlə, sevgi ilə coş ürək,
Qalmasın zərrəcə xal məhəbbətim.
Dilsiz məhəbbətim, lal məhəbbətim.
Gəlimli-gedimli qoca dünyada,
Son ucu ölümlü uca dünyada.
Baxmaz heç nə toxa, aca dünya da,
Indi özün ilə qal, məhəbbətim.
Dilsiz məhəbbətim, lal məhəbbətim.
Qismətin heç zaman kədər olmasın,
Ömrün puç olmasın, hədər olmasın.
Qismətin amansız qədər olmasın,
Şirin xəyallara dal məhəbbətim.
Dilsiz məhəbbətim, lal məhəbbətim.
Sənsiz olsam dünya mənə dar olsun,
Qoy nəsibin dövlət olsun, var olsun.
Ömür boyu tale sənə yar olsun,
Xoş günü yadına sal, məhəbbətim.
Dilsiz məhəbbətim, lal məhəbbbətim.
Kayıt Tarihi : 9.12.2023 08:33:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!