Lal duyğular Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Lal duyğular

Məcnun olub tez düşdün dağa-daşa,
Çatdırmadın eşqini boya-başa.
Qoruyub da gətirmişdim bu yaşa,
Həsrət oldu vüsalımın qənimi.

Köhnə yurddan bir hal-əhval sormayır,
Qaranquşlar yeni yuva hörməyir.
Daha gözüm bir kimsəni görməyir,
Əs ey külək, uzaqlaşdır çənimi.

Iki hissin arasında pərdəyəm,
Fərəhdəyəm, ya da ki dərd-sərdəyəm.
Heç bilmirəm göydəyəm, ya yerdyəm
Lal duyğular alıb getdi mənini...
26.02.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 9.3.2019 10:20:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu