Küsüb itirmişem Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Küsüb itirmişem

Insan öz-özünü bəzən öyər də,
Kimsəyə hirslənib dizinə döyər də.
Bir çiçək yetirə,ağac göyərdə.
Pusub oturmuşam şoranlıqları.

Ağrıdan-acıdan başqa nə verib,
Qara qanadını üstümə gərib.
Dolub dayanmışam, olmuşam qərib,
Susub itirmişəm seyranlıqları.

Yol-izi cəngəllik,keçilməyirdi
Gün-gündən artırdı, kiçilməyirdi..
Gündüzü gecədən seçilməyirdi,
Küsüb bitirmişəm toranlıqları.

Sevinc Arzulu
Kayıt Tarihi : 2.5.2018 08:50:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu