Duman olar.çiskin olar,
Bütün aləm miskin olar.
Elə dolar dəli könlüm,
Kainatdan küskün olar.
Göynəyirəm göyüm-göyüm,
Qaralıbdır yerim-göyüm.
Hər tərəfi qan bürüyüb,
Qırmızıya dönüb göyüm.
Payız gələr,ayaz olar.
Sarı saçım bəyaz olar.
Bircə qaşıq su istəsəm,
Kür quruyar,dayaz olar.
Bu qayanın başı haça,
Əcəl məndən uzaq qaça.
Bu bəxt ki məndə var,çətin
Eşq günəşi işıq saça.
Ürəyim qəm yığnağıdır,
Dərdi dostun qınağıdır.
Sevinc də başqaları tək,
Bu dünyanın qonağıdır.
Kayıt Tarihi : 11.6.2018 10:39:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!