Rastına gəlməsin eşqin saxtası,
Batar qəm gölündə vüsal yaxtası.
Həsrətin buz kimi soyuq şaxtası,
Qəlbini qılınc tək kəsər də gedər.
Bu gün də yaş gələr yaşının üstə,
Sabah nə yazılar daşının üstə.
Qarlı bir qış günü başının üstdən,
Sərt şimal küləyi əsər də gedər.
Qüssədən gözləri dolan dünyada,
Yel,tufan telini yolan dünyada.
Bu qədər haqsızlıq olan dünyada,
Həqiqət yalandan küsər də gedər.
Sevinc Arzulu
Kayıt Tarihi : 20.6.2018 07:29:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!