Küsdü duyğular Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Küsdü duyğular

Torpaq gül bitirməz heç, şoran olsa,
Dərdini aç danış, hal soran olsa.
Çöldə tufan olsa, qar-boran olsa,
Könlümü qızdırar isti duyğular.

Vüsalı dost, yaxın sanası olsam,
Həsrətin zəhmini qanası olsam,
Atəşin yerinə yanası olsam,
Bacamdan çıxacaq tüstü duyğular.

Hər vaxt lovğalanıb çox öyündülər,
Ürək ritmim ilə bir döyündülər.
Sevinc, çox incitmə, ərköyündülər,
Bir də görərsən ki küsdü duyğular.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2018 16:09:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu