Neçə gözəl anın olub,
Görənlər heyranın olub.
Çoxları mehmanın olub,
Qarışıb iz-izə, Kürüm.
Əvvəlki tək şən olaydım,
Dalğalarla tən olaydım.
Bir sən, bir də mən olaydım,
Qalaydıq biz-bizə, Kürüm.
Həm mülayim, həm də ki sərt,
Səndən keçməz bircə namərd,
Sən mənə dost,mənsə həmdərd,
Oturaq diz-dizə, Kürüm.
Həmişə şən,güləş olaq,
Səmada al günəş olaq.
Alovlanan atəş olaq,
Calansın köz-közə, Kürüm.
Baş açırıqmı halından,
Dünyanın qeylü-qalından.
Məst oluram vüsalından,
Gələndə göz-gözə, Kürüm.
Kayıt Tarihi : 29.8.2021 09:09:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!