Kürdemir ziyalıları Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Kürdemir ziyalıları

Sarsılmazdır mətanəti,
Azalmaz ki mərhəməti.
Könlündə el məhəbbəti,
Ucadadır amalları.
*
Yaxşını seçəcək mütləq,
Yamanı biçəçək mütləq.
Həyata keçəcək mütləq,
Neçə-neçə xəyalları.
*
Söz-söhbət bir,dil bir olsa,
Çətin gündə əlbir olsa.
Dağ oynadar el bir olsa
Xoş olacaqdır halları.
*
Vətən sizə əmin olsun,
Torpaq haqqı yəmin olsun.
Artıb-artıb yüz min olsun,
Azalmasın heç sayları.
*
Kürdəmir gözü Şirvanın.
Aranı, düzü Şirvanın.
Sönməyən közü Şirvanın,
Qurumasın gur çayları
*
Şirvanidən üzü bəri,
Ustadlarım dil əzbəri.
Tapın tarixdə izlərin,
Itib-batmasın yolları.
*
Yaddaşınız oyaq olsun,
Qaranlıqda mayak olsun.
Tanrı sizə dayaq olsun,
Uzadın ona qolları
*
Azalmasın uğurunuz,
Yola dönsün cığırınız,
Zirvələrə çağırınız,
Gözlər bənövşə kolları.
*
Müqəddəsdir məramınız,
Nurludur ehtişamınız.
Sönməsin yanan şamınız,

Sevinc Arzulu
Kayıt Tarihi : 8.6.2020 09:35:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu