Kürdemir Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Kürdemir

Aşiqə sevdiyi yarı şirindir,
Bəxtə düşən bəxtiyarı şirindir.
Hər insana öz diyarı şirindir,
Mənim üçün doğma vətən Kürdəmir.

Həmişə gur yansın odun-ocağın,
Anasan, kimsədən yox umacağın.
Nə yaxşı ki çox istidir qucağın,
Torpağında “qızıl” bitən Kürdəmir.

Neynəyim ki səndən uzağa düşdüm,
Tənha ağac kimi soldum, bürüşdüm.
Nə yaxşı ki bu gün sənlə görüşdüm,
Güllərin içində itən Kürdəmir.

Torpağında uluların qəbri var,
Ürəyimin təpəri var, səbri var.
Gözlərimdə o günlərin qəhri var.
O kədəri yaşadıq tən, Kürdəmir.

Sevinc deyər sənsən mənim gülzarım,
Sinən üstdən düşər hər vaxt güzarım.
İlk beşiyim, son beşiyim-məzarım,
Dar günümdə haya yetən Kürdəmir.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.6.2018 14:01:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu